"Relax Lerik" MMC vergi problemi ilə məhkəmə qarşısında - Bu dəfə kimi döyəcəklər...MƏHKƏMƏNİ? VİDEO

Yaxınları vergi işçilərini döyən deputatın şirkəti yenə də vergi problemi yaşayır "Relax Lerik" MMC məhkəməyə verilib.

Ulutv.info-nun Pravda.az-a istinadən xəbərinə görə, MMC ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 Saylı Ərazi Vergilər Baş İdarəsi edib.

Mahiyyəti vergi məsələləri üzrə mübahisələr olan iş hakim Şahəli Musayevin sədrliyi ilə araşdırılacaq.

Qeyd: MMC eyni adlı istirahət mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzin deputat İqbal Məmmədovun yaxınlarına məxsus olduğu bildirilir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info