Bəzi rayonlara leysan yağıb

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 14-ü saat 15:00-a olan məlumatına əsasən Sabirabad, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən Ulutv.info-ya verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 23 dərəcəyədək, Aran rayonlarında 25 dərəcəyədək, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info