Naxçıvanın iri məmurlarına səmərəli təklif...

Vəzifənizi böyütmək istəyirsinizsə, bunun çox asan yolu var. Mənə özünüz barədə kompromat ötürün, mən də onu paylaşım. "Canişin" əfəndi sırf mənim acığıma sizə yağlı bir vəzifə verəcək. Necə ki, bir müddət əvvəl Kəngərli rayonunun Təhsil şöbəsinin müdiri Emin Məmmədxanlının törətdiyi korrupsiya faktları barədə həmin idarənin maliyyəçisinin etirafları əsasında bir yazı yazmışdıq. Adamı gətirib Babək rayonunun icra başçısının müavini qoydular.
Belə görünür ki, "canişin" əfəndi korrupsionerləri sevir. Niyə? Artıq bunu dövlət araşdırsın.

Mənimsə yadıma keçmiş Vergilər naziri Fazil Məmmədov barədə söylənilən bir əhvalat düşür.
İddiaya görə, rəhmətlik təzə nazir təyin olunanda nazirliyin ən əzazil adamını yanına çağırıb soruşur:
-Deyirlər, nazirlikdə səndən əclafı yoxdur, düzdür?
Əzazil məmur qorxusundan əsə-əsə "yox" deyir:
-Bizim şöbədə biri var, o məndən də əclafdır.
Bildirilir ki, Fazil Məmmədov həmin əzazil məmurun "koordinat"larını verdiyi şəxsi özünün müavini, söhbətləşdiyi adamı isə mühüm bir şöbənin rəisi qoyur.
Deyəsən, "canişin" əfəndi də bu prinsiplə işləyir.
Heyder Oguz
Teref.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info