Gürcüstanın Baş naziri: “Azərbaycanla Ermənistan arasında görüşlərə ev sahibliyi etməyə hazırıq”

Gürcüstan Azərbaycanla Ermənistan arasında gələcək görüşlərə ev sahibliyi etməyə hazırdır.

Ulutv.info report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tviter hesabında yazıb.

“Gürcüstan bölgəmizdə süh və sabitliyə töhfə verən dialoq formatında öz müsbət rolunu oynamağa sadiq qalır”, - Baş nazir vurğulayıb.

Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin bu gün Tbilisidə baş tutan görüşünü alqışlayan hökumət başçısı Tbilisinin iki ölkə arasında gələcək görüşlərə də ev sahibliyi etməsinə hazırlığını ifadə edib: “Sülh xalqlarımızın firavanlığı üçün mütləq vacibdir”.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info