Gürcüstan Azərbaycan və Ermənistana etimada görə təşəkkür edib

"Tbilisi bu gün qonşu ölkələr arasında başlayan mühüm dialoqa ev sahibliyi edir. Bu prosesin çox vacib əhəmiyyəti var".


Ulutv.info report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan və Ermənistan birgə səylərlə regionda sülh və sabitliyi təmin etməyə çalışır:

"Azərbaycanlı və erməni həmkarlarıma göstərdikləri etimada görə təşəkkür edirəm.

Tərəflər arasında dialoqun Tbilisidə keçirilməsi çox önəmlidir. Gürcüstan paytaxtı əsrlər boyu vacib qərarların qəbul olunduğu məkan olub və bunun davamı lazımdır".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info