" Azərbaycanın qərarını dəstəkləyirik" - . Toivo Klaar

Avropa İttifaqı (A) xarici işlər nazirlərinin görüşünün keçirilməsi ilə bağlı Ermənistan və Azərbaycanın ikitərəfli qərarını dəstəkləyir.

Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün "Twitter" səhifəsində yazıb.

"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və baş nazirin müavini Şahin Mustafayevlə əla görüşlər oldu. Sülh prosesinin vəziyyəti qiymətləndirildi. Sabah Gürcüstanda xarici işlər nazirlərinin görüşünün keçirilməsi ilə bağlı Ermənistan və Azərbaycanın ikitərəfli qərarına Aİ-nin dəstəyi ifadə olundu", - deyə T.Klaar bildirib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info