Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Diasporla İş üzrə Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan sədr müavini komitənin tarixi və fəaliyyət istiqamətləri, xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin gücləndirilməsi üçün görülən işlər barədə ətraflı məlumat verib. Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Dövlət Komitəsinin bu günlərdə 20 illik yubileyinin tamam olduğunu deyən V.Seyidbəyov bu əlamətdar tarixin işğaldan azad olunmuş Qarabağda Azərbaycan əsgərləri ilə birlikdə qeyd olunduğunu söyləyib. O, Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dilini bilməsinin vacibliyindən söz açaraq, bu istiqamətdə həyata keçirilən layihələrdən də danışıb.

Səmimi qəbula görə təşəkkür edən G.Doxturişvili Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə təbriklərini çatdırıb. O, iki ölkə arasında dostluq münasibətlərinin əsrlər boyu davam edən mehriban qonşuluq münasibətləri üzərində qurulduğunu söyləyib. Rəhbərlik etdiyi Kvemo Kartli regionunda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün gürcü dilini bilməsinin vacibliyi ilə bağlı fikirlərə şərik olduğunu bildirən qubernator qeyd edib ki, onun təşəbbüsü ilə hər bir məktəbdə gürcü dili kursları açılıb. DİDK-nın həyata keçirdiyi layihələri yüksək qiymətləndirdiyini vurğulayan G.Doxturişvili Dövlət Komitəsinin rəhbərliyini qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün Gürcüstana səfərə dəvət edib.

Qeyd edək ki, Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı bölgələrdə - Tbilisi şəhərində “Alyans” Gənclər Mərkəzi, Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Qardabani rayonunda Qardabani Gənclər Mərkəzi, Bolnisi rayonunda "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" və digər mərkəzlər tərəfindən DİDK-nın dəstəyi ilə Azərbaycan dili, tarixi, ədəbiyyatı və gürcü dilinin tədrisi ilə yanaşı, bir sıra mühüm layihələr də həyata keçirilir. Bundan başqa, hüquqi problemlərlə qarşılaşan soydaşlarımız Tbilisidə komitənin dəstəyi ilə fəaliyyət göstərən “Qanun” Hüquqi Yardım Mərkəzinə müraciət edərək, təmənnasız hüquqi yardım almaq imkanına da malikdir.


______________________________________________________________________________________


Губернатор грузинского региона Квемо Картли побывал в Государственном комитете по работе с диаспорой

Заместитель председателя Государственного комитета по работе с диаспорой (ГКРД) Вагиф Сеидбеков встретился с делегацией во главе с губернатором грузинского региона Квемо Картли Георгием Дохтуришвили.

Поприветствовав гостей, заместитель председателя подробно рассказал об истории и направлениях деятельности комитета, работе, проводимой для укрепления связей азербайджанцев, проживающих за рубежом, с Родиной. Сообщив, что на днях состоялся 20-летний юбилей Государственного комитета, созданного великим лидером Гейдаром Алиевым, В.Сеидбеков сказал, что эта знаменательная дата была отмечена вместе с азербайджанскими солдатами в освобожденном от оккупации Карабахе. Коснувшись важности владения азербайджанцами, проживающими в Грузии, грузинским языком, он также остановился на реализуемых в этом направлении проектах.

Г.Дохтуришвили, выразив признательность за радушный прием, передал поздравления по случаю 20-летия создания Государственного комитета по работе с диаспорой. Oн подчеркнул, что дружественные отношения между двумя странами основаны на многовековых добрососедских отношениях. Констатировав, что разделяет мнение о необходимости владения азербайджанцами, проживающими в возглавляемом им регионе Квемо Картли, грузинским языком для интеграции в грузинское общество, губернатор отметил, что по его инициативе в каждой школе открыты курсы грузинского языка. Высоко оценив проекты, реализуемые ГКРД, Г.Дохтуришвили пригласил руководство Государственного комитета с визитом в Грузию для обсуждения вопросов, представляющих взаимный интерес.

Отметим, что в грузинских регионах с компактным проживанием наших соотечественников Молодежным центром “Aльянс” в Тбилиси, Центром интеграции азербайджанцев Грузии в Марнеульском районе, Гардабанским молодежным центром в Гардабанском районе, "Кавказским центром права и интеграции" в Болнисском районе и другими центрами при поддержке ГКРД, наряду с преподаванием азербайджанского языка, истории, литературы и грузинского языка, осуществляется ряд важных проектов. Кроме того, наши соотечественники, столкнувшиеся с юридическими проблемами, могут, обратившись в функционирующий в Тбилиси при поддержке комитета Центр юридической помощи “Ганун”, получить бесплатную юридическую помощь.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info