İran ərəbləri Azərbaycana dəstək verdi

Beynəlxalq ictimaiyyət molla rejiminin cinayətlərinin qarşısını almaq üçün lazimi addımları atmasa, daha böyük cinayətlərin şahidi olacağıq.

Ulutv.info xəbər verir ki, bunu İran ərəblərinin Əhvaz Xalq Demokratik Cəbhəsinin sözçüsü Mənsur Əl-Əhvazi Azərbaycan səfirliyinə silahlı hücuma münasibət bildirərkən deyib.

O, İran hökumətinin xarici ölkə səfirliklərinə hücumlar təşkil etməkdə “böyük ənənəsi” olduğunu qeyd edib.

Azərbaycan səfirliyinə hücumu xüsusi vurğulayan partiya sözçüsü bu terror hadisəsinə görə beynəlxalq ictimaiyyət və təşkilatları Tehran rejiminə qarşı gərəkli addımlar görməyə çağırıb.//BUTA//
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info