Ukrayna Şimali Koreya ilə diplomatik münasibətləri kəsib

Ukrayna hakimiyyəti Şimali Koreya ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.

Ulutv.info report və rbc-ukraina-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, KXDR-in qondarma “DNR” və “LNR”i tanımasını Pxenyan tərəfindən Ukraynanın müstəqilliyinin suverenliyinə xələl gətirmək cəhdi kimi qiymətləndirilir.

"Şimali Koreya rejimi tərəfindən Donetsk və Luqansk rejimlərinin tanınması əhəmiyyətsizdir, hüquqi nəticələr verməyəcək və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişməyəcək", - Nazirlikdən bildirilib.

Qeyd edək ki, Ukrayna ilə Şimali Koreya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info