İstanbulda Ukrayna taxılının daşınması ilə bağlı dördtərəfli toplantı başa çatdı - YENİLƏNİB

Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başa çatıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparıb.

16:01

İstanbulda Türkiyə, Rusiya və Ukraynanın müdafiə nazirlikləri, eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT) nümayəndələrinin görüşü başlayıb.

Nümayəndə heyətlərinin Ukrayna limanlarından taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınmasına dair razılığa gələcəyi gözlənilir.

Qeyd edək ki, bu, onların dördtərəfli formatda ilk görüşüdür.

Mənbə: Haber Türk

13:09

Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri taxıl dəhlizi danışıqları üçün bu gün İstanbulda bir araya gələcəklər.

Danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətini daşıyan təyyarə Moskvadan İstanbul hava limanına gəlib.

“Tupolev 134” tipli təyyarə İstanbul Hava Limanına eniş edib.

Mənbə: Sabah

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info