Türkmənistanın Azərbaycandakı səfiri Türkiyəyə səfir göndərilib

Məkan İşanquliyev Türkmənistanın Türkiyədəki səfiri təyin edilib.

“Report”un xəbərinə görə, ölkə Prezidenti Sərdar Berdiməhəmmədov Məkan İşanquliyevi Türkmənistanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Məlumata görə, müvafiq sərəncamla diplomat başqa işə keçməsi ilə əlaqədar Türkmənistanın Azərbaycandakı səfiri vəzifəsindən azad edilib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info