Səfir: “Türk Dövlətləri Təşkilatının inkişaf etdirilməsi əsas məsələlərdən biridir”

“Qlobal təhdidlərə qarşı Türk Dövlətləri Təşkilatının da inkişaf etdirilməsi əsas məsələlərdən biridir. Bu təşkilata daxil olan ölkələr arasında həssas münasibətlərin olduğu məlumdur”.

APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında deyib.

Səfir bildirib ki, bu təşkilat çərçivəsində birlikdə hərəkət etmək üçün yeni bir şans qazanılıb: “Artıq bu təşkilat çərçivəsində ombudsmanlar, xarici işlər nazirləri, liderlər, media nümayəndələri səviyyəsində görüşlər davam etdirməkdədir”.

Səfir Türkiyənin silah embarqosu altında olduğu dövrlərə də diqqət çəkib: “1983-cü ildə biz silah embarqosu dövründə bölücü terror təşkilatının da təhdidi ilə qarşı-qarşıya qalmışdıq. 1983-cü ildən 2003-cü ilə qədər isə əlində olan silahların 80 %-ni özü istehsal edən Türkiyə halına gəlmişik. Amma silah embarqosu dövründə Türkiyə silahına qoymağa güllə belə ala bilmirdi. Türkiyə iqtisadiyyatı çox böyüyüb. Türkiyənin müdafiə xərcləri ilə təhsil xərcləri eynidir. Bu yönü ilə artıq güclü Türkiyə var. Eyni zamanda 5 il dirənsə də, Qarabağın işğalının qarşısını ala bilməyən Azərbaycan var idi. Amma 30 il boyunca Azərbaycan hərbçiləri Türkiyədə olan hərbi məktəblərdə təhsil aldılar və orduda çalışdılar”.

ULUTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info