İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu ünvanlayıb.

Ulutv.info milli.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Qudauridə sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və xilasedicilərin həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info