İsa Həbibbəyli: “Nobel komitəsinin bizə borcu var”

“Nobel mükafatları komitəsində Azərbaycanın payı var. Hətta Nobelin maliyyə fondunun formalaşmasında 20-ci əsrin əvvəllərində Azərbaycanda çalışmış Nobel qardaşlarının əvəzsiz rolu olub”.

Ulutv.info oxu.az-a istinaden  xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, onların qazandığı vəsait fondun maliyyə vəsaitinə böyük təsir edib:

“Nobel komitəsi məni eşidirsə, onlara öz fikrimi bildirmək istəyirəm. Nobel komitəsinin Azərbaycan borcu var. 30 il ərzində ölkəmizin keçdiyi müstəqillik yolu, yeni formatda Azərbaycan elminin inkişafı dünyanın müxtəlif ölkələrində fərqli nominasiyalar üzrə keçirilən mötəbər komissiyaların qalibi olmaq imkanını yaradır. Bu, bizim əziyyətimizdən asılıdır. Yaradılan şəraiti necə dəyərləndirib, elmi inkişaf etdirmək istiqamətində atacağımız addımlardan. Biz elmi dünya ölkələrinin təcrübəsi səviyyəsində qura bilsək, ölkəmizdən yeni Nobel və başqa mükafatçılar çıxacaq”.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info