Masallıda mülki müdafiə məşqi keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən iyulun 28-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Masallı Dövlət Regional Kollecində rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.

Nazirlikdən Ulutv.info apa -ya istinaden verilən məlumata görə, məşqdə FHN-in Cənub Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin rəhbər heyəti, mülki müdafiə qərargahı və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak edib.

Növbəti tədris ili üçün tətil günləri açıqlanıbBu il uşaqlara ən çox verilən adlar məlum olubSəhiyyə Nazirliyi: COVID-19-a yoluxma daha da kəskinləşəcək.

Tədbirin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Məşq zamanı fövqəladə hadisə üzrə şərti olaraq verilmiş siqnallar əsasında iş xəritələrinin hazırlanması, qüvvələrin idarə edilməsi, düzgün qərarvermə bacarıqları qiymətləndirilib.

Sonda şərti olaraq verilmiş siqnallar üzrə görülən işlər təhlil edilib və bu istiqamətdə tövsiyələr verilib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info