ABŞ Milli Qvardiyasının general-mayoru Bakıdadır - FOTO

ABŞ Ordusunun Avropa və Afrikadakı komandanının müavini, Milli Qvardiyanın general-mayoru Maykl Uikman Azərbaycanda səfərdədir.

Bu barədə ABŞ Səfirliyinin tvitter səhifəsində paylaşım edilib.

"ABŞ Səfirliyi Azərbaycanda səfərdə olan ABŞ Ordusunun Avropa və Afrikadakı komandanının müavini, Milli Qvardiyanın general-mayoru Maykl Uikmanı salamlayır. Səfər zamanı o, hərbi tibb və kibertəhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək", - məlumatda bildirilir.\mili.az

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info