Əgər İrəvan sözünün üstündə dursa... - Çelik

Qarşı tərəf sözünün üstündə dursa, Ermənistanla münasibətlərin normallaşması prosesi ilə bağlı danışıqlar vacibdir.

Ulutv.info axar.az-a istinadən xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi Ömər Çelik keçirdiyi mətbuat konfransında deyib.

O, bu prosesin Azərbaycan və Türkiyə liderlərinin birgə iradə gücü sayəsində başladığını qeyd edərək, bu prosesin şərtlərinin İkinci Qarabağ müharibəsindən sonra yarandığını bildirib.

Ömər Çelik onu da vurğulayıb ki, bəzi dövlətlər və erməni diasporu Ermənistanı öz təsirləri altında saxlamaq üçün təxribata cəhd edir

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info