Göygölə yeni icra başçısı təyin edildi, 39 yaşlı icra başçısı - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Elvin Paşayev 27 iyul 1983-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Regionşünaslıq ixtisası üzrə təhsil alıb.
Yeni başçı 18 illik iş təcrübəsi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı o, Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir.

Təyinata qədər o, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb. Prezident İlham Əliyevin 2020-ci il iyunun 23-də "Dövlət qulluqçularının təltif edilməsi haqqında" imzaladığı sərəncamına əsasən, uğurlu fəaliyyətinə görə təltif edilib. Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura təhsili alıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info