Bu Forum Azərbaycanda və xaricdə KİV-lər arasında əməkdaşlığın genişləndirilməsinə yardım edir

Şuşada keçirilən Beynəlxalq Media Forumu həm Azərbaycanda, həm də xaricdə müxtəlif KİV-lər arasında əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək.

Bunu trend-ə Serbiya Prezidentinin keçmiş müşaviri, ADA Universitetinin İnkişaf və Siyasət İnstitutunun tədqiqatlar və nəşrlər üzrə siyasətin təhlili departamentinin direktoru Damyan Krneviç Beynəlxalq Media Forumunun kuluarlarında deyib.

"Əminəm ki, Beynəlxalq Media Forumu təkcə gündəmdə olan müxtəlif qlobal problemlərin müzakirəsi və həlli yollarının tapılması məqsədi daşımır, həm də Azərbaycanda və xaricdə müxtəlif KİV-lər arasında əməkdaşlığın genişləndirilməsinə yardım edir", - D.Krneviç bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi ilə bağlı faktlar, problemin tarixi dünya mətbuatında yetərincə işıqlandırılmayıb.

"Prezident İlham Əliyevin siyasəti Azərbaycan mediasının dünya arenasına çıxmasına öz töhfəsini verir. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi kimi departamentlərin yaradılması onu göstərir ki, Azərbaycan hələ də problemi ciddi və hərtərəfli həll etməli, beynəlxalq media ilə əməkdaşlığı genişləndirməli olduğunu dərk edir. Bu mənada Medianın İnkişafı Agentliyinin yaradılması rəsmi Bakının Azərbaycanı və onun media mühitini dünya miqyasında tanıtmaq istəyindən xəbər verir".

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info