Kiril Petkov Azərbaycana gəlib

Bolqarıstan Respublikasının Baş naziri vəzifəsini icra edən Kiril Petkov iyulun 21-də Azərbaycan Respublikasına səfərə gəlib.

Ulutv.info trend-ə istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Kiril Petkovu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info