Bakı-Brüssel əməkdaşlığı Azərbaycana nə vəd edir? - Açıqlama

“44 günlük müharibə nəticəsində Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar bir daha sübut edir ki, bu təkcə bölgə ölkələrinin deyil, eyni zamanda digər bölgələrin, xüsusən də Avropanın maraqlarına xidmət edir. Məhz ona görə də Qərb Azərbaycanın yaratdığı reallığı qəbul edib, onun şərtlərinə uyğun addım atırlar.

Son vaxtlarda Avropa İttifaqı ilə (Aİ) Azərbaycan arasında yaranan əməkdaşlıq əlaqələrinin daha aktiv fazaya keçməsi, bunun bariz göstəricisidir. Baxmayaraq ki, Aİ ilə Azərbaycan arasında uzun illərdir sıx əməkdaşlıq edir. Təsadüfən deyil ki, Qərb hər zaman Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayan bir dövlət hesab edib.

Amma son vaxtlardakə əməkdaşlıq əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir”.

Bunu “Paralel.az ”a açıalamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Aİ son vaxtlarda təkcə iqtisadi və enerji sahəsində deyil, o cümlədən bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasında da aktiv rola oynamağa başlayıb.

“Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin həllində göstərdiyi səylər bunu deməyə əsas verir. Bununla paralel olaraq Aİ Azərbaycanla logistika və enerji, xüsusən də qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də ciddi səylər göstərir. Aİ eyni zamanda qərblə şərqi biləşdirən “Orta dəhliz”in və həmin dəhlizin tərkib hissəsi olan “Zəngəzur dəhlizi”nin reallaşmasına öz töhfəsini verməyə çalışır”, - o qeyd edib.

Deputat bildirib ki, Aİ hazırda daha çox Azərbaycan qazının Avropaya ixracına nail olmaq istəyir və bu istiqamətdə də ciddi işlər gedir: “Bu məsələni daha geniş formada müzakirə etmək üçün Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson Azərbaycana səfər edəcək.

Baş tutacaq səfər zamanı Avropa İttifaqı və Azərbaycan Aİ-yə, xüsusilə də Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün şaxələndirilməsində Cənub Qaz Dəhlizinin rolunu yüksəltmək istiqamətində enerji sahəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə çalışılacaq. Cənab Prezident İlham Əliyev də ötən həftə ilin 6 ayına həsr olunmuş müşavirədə məsələyə toxunaraq qeyd edib ki, yeni saziş üzərində iş gedir və həmin sazişin böyük hissəsi razılaşdırılıb.

Razılaşdırılmayan məsələlər də bu səfər zamanı müzakirə edilərək razılaşdırılacaq. Azərbaycan həm region, həm də Avropa ölkələri üçün etibarlı enerji təchizatçısı kimi rolunu davam etdirəcək. Strateji əhəmiyyətə malik olan Cənub Qaz Dəhlizi enerji böhranı zamanı Avropa istehlakçılarını fasiləsiz və sərfəli təbii qazla təmin edəcək.

Bundan hər iki tərəf qazanacaq. Bir yandan Aİ Azərbaycanda daha çox qaz almış olacaq, digər tərəfdən isə Azərbaycan iqtisadi cəhətdən qazanacaq.

Ölkə başçısının da dediyi kimi razılaşma əldə olunduqdan sonra yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və Brüssellə Bakı arasında əməkdaşlıq daha yüksək səviyyəyə qaldıracaq”.

Deputat hesab edir ki, yeni sazişin imzalanması isə Aİ-Azərbaycan arasındakı əməkdaşlıq münasibətlərini təkcə keyfiyyət baxımından deyil, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artıb, mövqeyinin möhkəmlənməsi, Avropanın, bölgənin təhlükəsizliyinin təmin olunması istiqamətindəki rolunu artırmış olacaq.

“Bu eyni zamanda Azərbaycan iqtisadiyyatının, maliyyəsinin və insanların rifah halının yaxşılaşmasına, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin tam həllinə və nəticə etibarı ilə sülh sazişinin imzalanmasına öz töhfəsini vermiş olacaq.

Bu, bir daha Azərbaycan Prezidentinin lider olduğunu, qlobal çağırışlara zamanında çevik reaksiya verib, öz ölkəsinin üzləşdiyi vəziyyətdən uğurla və uduşla çıxardığını sübut edir”, - o qeyd edib.\\paralel.az\

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info