Naxçıvan MR Xəstəxanasının zibil qutularına atılmış işlənmiş şprits və sistemlər geri toplanılır

Naxçıvan MR Xəstəxanasının zibil qutularına atılmış işlənmiş şprits və sistemlər geri toplanılır. Bu haqda „Gündəlik Naxçıvan“a xəstəxanada çalışan bir qrup tibb bacısı məlumat verib. Tibb bacılarına tapşırılıb ki, zibil qutusundan seçib çıxardıqları şpritsləri xüsusi selofanlara qablaşdırdıqdan sonra, tərəzidə çəkib, xəstəxana rəhbərliyinə təhvil versinlər. Hər bir selofonun üzərində isə, onu toplayan tibb bacısı, yaxud xadimənin ad və soyadı qeyd olunmalıdır. Xəstəxanın bütün şöblərinə də tapşırılıb ki, bundan sonra istifadə olunan şpritslər zibilə atılmasın, yerindəcə selofana yığıldıqdan sonra çəkilb, təhvil verilsin.
İşlənmiş sptits və sistemlərin hansı məqsədlə toplanıldığı haqda xəstəxana heyətinə məlumat verilmir. Lakin, şəxsi qazanc məqsədi ilə onları Naxçıvandakı plastik sexlərinə satılacağı ehtimal olunur.
Tibb bacıları isə, işlənmiş spritslərə toxunduqları üçün hər hansı xəstəliyinə yoluxacaqlarından ehtiyat edirlər:
“Hansı məqsədlə bunu etdirilrər, xəbərimiz yoxdur. Onsuz da başımıza açmadıqları oyun qalmayıb. İndi də məcbur edirlər ki, zibil qutularından işlənmiş şprits və sistem şunurları toplayaq. Axı, bu bizim vəzifəmiz deyil. Xəstəxananın qazanxanasına tərəzi qoyublar. Hər birimiz topladıqlarımızın üzərini adımızı yazıb, aparıb orda təhvil verməliyik. Bu bizim işimiz olmasa da, məcbur edilirik. Etiraz edənə deyirlər ki, istəmirsən, çıx işdən. Biz nə qədər ehtiyatlı davransaq da, əlcək taxsaq da, bəzən şpriçin iynəsi əlimizə batır. Bəlkə həmin iynə infeksiyalı xəstədən çıxıb və bizə də yoluxacaq. Bizim ailə üzvlərimiz də yoluxma təhlükəsi altındadır. Nə edəcəyimizi, kimə şikayət edəcəyimizi bilmirik”.
Tibb bacıları bundan öcə də, bu ilin əvvəlində rəhbərlik dəyişdikdən sonra xəstəxanada üzləşdikləri haqsızlıqlarla bağlı xeyli şikayət ictimailəşdirmişdilər. Bu səbəbdən onlara kamerası olan telefonla işə gəlmək qadağan olunub. Tibb bacıları deyir ko, məqsəd buradakı pozuntuların kameraya alınmasının qarşısını almaqdır.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info