Gəncə Psixatriya Xəstəxanası ilə bağlı Prezidentə MÜRACİƏT OLUNDU

Ölkə səhiyyəsində baş verən qanun pozuntuları, hətta cinayət əməlləri ilə bağlı saytımızda sistemli şəkildə yazılar dərc edərək və müvafiq dövlət qurumlarına müraciətlər ünvanlayırıq.
Təsəvvür edirsiniz, ölkədə fəaliyyət göstərən Psixatriya xəstəxanalarında nələr baş verir..? Bir müddət əvvəl Psixatriya xəstəxanasında yatan xəstənin öz atasına video-müraciəti yayıldı ( Ata, tez gəl məni döyüb öldürürlər ), xəstəni döyüb qulağını sındırıblar... Yaxud Psixatriya xəstəxanalarında “dəlilik kağızı” satılması barədə ölkə mediasında nə qədər yazılıb...
Bir sözlə, bu sahədə ciddi problemlər var. Və bu gün redaksiyamıza daxil olan müraciətdə də bundan bəhs edilir. Həmin müraciəti olduğu kimi dərc edirik: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Baş Pokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Rəisinə, Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Teymur Musayevə, Ağdam rayon Əfətli kəndinin bir qrup sakini tərəfindən Şikayət ərizəsi.
Cənab Prezident və Hakimiyyət rəhbərləri ! Bildiririk ki, Gəncə Psixatriya Xəstəxanasının bir qrup vəzifəli şəxsləri külli miqdarda vətəndaşların maliyyə vəsaitlərin mənimsənilməsinə səbəb olan ciddi qanun pozuntularına yol vermişlər. Ağdam rayon Əfətli kənd sakini İsmayılov Müzəffər Fərman oğlu 09.07.2023-cü il tarixdən 13.07.2023 tarixə qədər Türkiyə Respublikasında olduğu halda, həmin dövrə Gəncə Psixatriya Xəstəxanasında onun adına stasionar müalicə haqqında tibbi çıxarış yazılmış ( 06.07.2023- 13.07.2023 tarixə qədər ) və ona göndərilmişdir. Xahiş edirik bu maxinasiyaları törədən və deyilənə görə Pəri adı ilə həmin xəstəxanada operator vəzifəsində işləyən şəxsin və ona bu özbaşınalıqlara izin verən baş həkimin fəaliyyətinin ciddi araşdırlıması üçün qətiyyətli göstərişlər verəsiniz və bu məsələnin araşdırlmasını və nəticəsini nəzarətə götürəsiniz. Hörmətlə imzalar:
1. Zamanova Rəbiyyə Zaman qızı
2. Əhmədova Məhəddin Əhəd oğlu
3. Əhmədova Məryəm Əlyar qızı
4. Bağırova Faiq Osman oğlu
5. Əliyeva Şahnaz Qaraxan qızı
6. Bağırov Şakir Muradxan oğlu
7. Bağırova Əsmər Elman qızı
8. Əhmədov Şəmsəddin Məhəddin oğlu (gundelik-baku.com)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info