Respublika Psixiatriya Xəstəxanasında intihar dosyesi – BU NƏDİ BELƏ?

Son günlər ölkəmizdə bir neçə intihar hadisəsi baş verib.

Mediatv.az bildirir ki, bunlardan biri Respublika Psixiatriya Xəstəxanasında olub.

Xəstəxanada müalicə alan 1994-cü il təvəllüdlü Tərxan Mazanlı pəncərinin dəmir qəfəsliyindən yorğan üzü ilə özünü asaraq öldürüb.

Cebhe.info-nun araşdırmasına görə, bundan öncə də həmin xəstəxanada pasiyent özünü eyni üsulla öldürüb.

Belə ki, 2019-cu il iyul ayında 1990-cı il təvəllüdlü Ağcabədi rayon sakini Həsənov Vasif yorğanı ilə özünü pəncərə barmaqlığından asıb. Həmin il iyul ayının 7-də sözügedən xəstəxanada 1951-ci il təvəllüdlü pasiyent Sinominko Vladimir Qonomiç canına qəsd edib.

Kişi özünü xəstəxana çarpayısından asıb. 2018-ci ildə də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında intihar hadisəsi baş verib. Xəstəxanada müalicə alan 1990-cı il təvəllüdlü Sənan Nəsibov özünü palatada asaraq intihar edib. Xəstəxananın 2019-cu ildə yaydığı məlumata görə, son 10 ildə xəstəxanada 4 intihar haidsəsi qeydə alınıb.

Qeyd edək ki, 2021-ci ildə xəstəxanada cinayət hadisəsi qeydə alınıb. Həmin il dekabrın 3-də paranoid şizofreniyadan əziyyət çəkən iki xəstə - Emil İbadov və Elvin Həsənov palatada dalaşıblar. Onların mübahisəsi yorğana görə olub. Emil Elvindən yorğanını istəyib. Elvin buna etiraz etdiyindən Emil onu döyməyə başlayıb.

Ağır xəsarətlər alan Elvin Həsənov 13 gün sonra Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib. 41 yaşlı Emil İbadov cinayəti anlaqsız vəziyyətdə törətdiyindən məhkəmə onu məsuliyyətdən azad edib. Hökmə əsasən, E.İbadov barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə tətbiq edilib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info