Tanzaniyada 11 nəfər naməlum xəstəliyə yoluxub, 3 nəfər ölüb

Tanzaniyada 11 nəfər naməlum xəstəliyə yoluxub. Onlardan 3 nəfəri ölüb, qalanı təcrid olunub.

Ulutv.info report-a istinadən xəbər verir ki, xəstəliyin əsas simptomları burundan qanaxma, qızdırma, baş ağrısı və zəiflikdir. Aparılmış analizlər xəstələrdə Ebola və Marburq xəstəliklərini, həmçinin koronavirus aşkar etməyib.

Ölkə Prezidenti Samiya Hasan Suluhu bildirib ki, naməlum xəstəliyə ətraf mühitin tənəzzülə uğraması nəticəsində vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşması səbəb olub.

Xəstələrlə əlaqədə olmuş bütün şəxslər nəzarətə alınıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info