Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 226 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 97, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 16 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 929 891, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 385, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 667, pozitiv nəticədən sonra buster doza olunanların sayı 264 535 təşkil edir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info