Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ulutv.info-ya qaynarinfo-ya istinadən verilən məlumata görə, son sutkada koronavirusdan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 811 131 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 797 668 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 667 aktiv xəstə var. Bu günə qədər 9 796 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 659, bu günə qədər isə ümumilikdə 7 138 810 test icra olunub.

Son sutkada 1301 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 244, ikinci doza vaksinlərin sayı 176 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 738-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 143 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 854 508 olub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info