Son gündə daha 545 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 545 yeni yoluxma faktı qeydə alınıb, 479 nəfər müalicə olunaraq sağalıb.

Ulutv.info qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, son sutkada COVID-19-dan 7 nəfər vəfat edib.

Ölkədə bu günədək ümumilikdə 807 017 nəfər koronavirusa yoluxub. Onlardan 793 747 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 486 nəfərdir.

Son gün ərzində 3 802, hazırkı dövrədək isə 7 110 178 test aparılıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 1456 vaksin vurulub.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 192, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 885, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 157 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 844 344 təşkil edir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info