TƏBİB xəbərdarlıq etdi: Yoluxma artır

Son həftələrdə koronavirusa yeni yoluxmaların sayında artım müşahidə edilir. Bununla bağlı əhaliyə bir neçə dəfə müraciət edilib.

Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva deyib. O qeyd edib ki, təşvişə səbəb olacaq hadisə yoxdur. Epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır.

Departament rəhbəri açıqlamasında Azərbaycanda meymunçiçəyinə yoluxma halının qeydə alınmadığını da bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info