İcra başçısının səlahiyyətləri əlindən alındı: Fərəcov “zəmanət məktubu”nun güdazına gedir

İcra başçısının səlahiyyətləri əlindən alındı: Sumqayıtın icra başçısı Zakir Fərəcovla iş adamları arasında qalmaqal davam edir.
JAMAZ.İNFO xəbər verir ki, icra başçısı 2016-cı ildən bəri borclu olduğu sahibkarlara 10 milyon manatdan çox pulu verməkdən imtina edir.

Həmin müddətdən bəri iş adamlarını qorxutma, həbs etdirmə, ələ alma cəhdləri də bir işə yaramır. Çünki onlar pullarını tələb etmək üçün rəsmi qurumların hamısına müraciət ediblər. Hətta hüquq mühafizə orqanlarından birində edilən şikayətə əsasən, araşdırma belə başlayıb.

Qeyd edək ki, Fərəcov bu ilin fevralında sahibkarlarla görüşərək, onların borclarını qaytaracağı barədə vəd verib. Amma bir istəyinin olduğunu deyib. Belə ki, o, sahibkarlarla İcra Hakimiyyəti arasında razılaşmanın yazılı olmasını və bunun “zəmanət məktubu” şəklində tərtib edilməsini bildirib. Yəni, sahibkarlar notarial qaydada sənədə imza atırlar ki, Zakir Fərəcov onların pullarını qaytarıb. Əvəzində isə şifahi razılaşma əsasında pulun hissə-hisə qaytarılması vəd edilib.

JAMAZ.İNFO-ya verilən məlumata görə, fevralın 22-də sahibkarlar bəziləri Fərəcovun şirin vədlərinə aldanaraq, bir qismi isə pullarını almaq üçün həmin sənədi imzalayıblar. Lakin bir gün sonra məlum olub ki, Sumqayıtın icra başçısı imzalanmış sənədi yuxarı instansiyalara göndərərək, onun kimsəyə borcu olmadığını bildirib və sahibklarların ona şər atdığını iddia edib. Bunun ardından sənədə imza atmış sahibkarlar dərhal noitarius vasitəsi iə imzaladıqları sənədi ləğv etdirib, onun etibarsız olduğunu təsdiqləyiblər.

Məlumatda deyilir ki, “zəmanət məktubu” qalmaqalı da buradan başlayıb. Rəsmi qurumlara göndərilən sahibkarlar tərəfindən müraciətlərdə qeyd edilib ki, Fərəcovun təqdim etdiyi “zəmanət məktubu” qüvvədən düşüb və onun heç bir qanuni əsası yoxdur. Hətta dövlət qurumları məsələni aydınlaşdırmaq üçün iş adamları ilə də görüşüb. Orada da təsdiqlənib ki, Fərəcov yuxarı instansiyaları aldadıb.

Gələn xəbərə görə, Sumqayıtın icra başçısı “zəmanət məktubu” hadisəsindən sonra yuxarıların etimadını itirib. Bu sahibkarların pullarının verilməsi ilə birbaşa bağlı olmayıb. Əsas məsələ Fərəcovun yuxarıları aldatmaq cəhdinin üzə çıxmasıdır. Elə bu səbəbdəndir ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıt səhiyyə və təhsilində apardığı monitoprinq zamanı üzə çıxardığı milyonluq yeyinti faktlarını Fərəcov “nizama” sala bilməyib. Hətta “sağ əli” Gündüz Əliyevin adını belə istintaq materiallarından çıxarmaq üçün baş vurduğu bütün instansiyalardan rədd cavabı alıb.

Amma “zəmanət məktubu” oyunu Zakir Fərəcovu təkcə, dalana dirəməyib. Həm də ona etimadsızlığı ən pik həddə çatdırıb. JAMAZ.İNFO-ya verilən məlumatlara görə, Fərəcov və komandasından birmənalı olaraq tender işlərinə qarışmamağ tələb olunub. Həmçinin dövlət xətti ilə Sumqayıt İcra Hakimiyyətinə ayrılmış vəsaitlərin idarə olunması, yenidənqurma, təmir və bərpa işlərinə yalnız fizikio nəzarət edə biləcəkləri deyilib. Nə tenderə, nə bərpa, nə də bu qəbildən olan işlərin maliyyə hissəsinə toxunmaları da yasaqlanıb.

Gələn xəbərlərə görə, bu hallardan sonra Fərəcov ətrafını başına yığaraq, icra başçısı vəzifəsinin formal olduğunu, heç nəyə qarışa bilmədiyini, sərəncam hüququnun olmadığını deyib. Adamlarına bildirib ki, bundan sonra nə baş verəcəyinə cavabdeh olmamaqla yanaşı, həm də kimsəyə kömək edə bilməyəcək. Üstəlik, əsas adamları olan Gündüz Əliyev və Adil Xudadatovu “zəmanət məktubu” məsələsini ortaya atdıqlarına görə ağır formada tənqid edib.

Deyilənlərə görə, Fərəcov səlahiyyətsiz qalmaqla bərabər, işdən çıxarılması barədə sərəncamını da gözləyir. Hətta onun vəzifədə qalması üçün xahişə gedənlərə də bildirilib ki, Fərəcov məsələsinə qarışmasınlar. Çünki o, özünü “yandırıb”.

O da deyilir ki, hazırda Fərəcovun əsas qorxduğu məsələ həbs oluna biləcəyi ilə bağlıdır. Onun keçmiş həmkarlarının başına gələnlərdən sonra bu qorxularının daha da artdığı vurğulanır. Hətta bir neçə dəfə yaxın ətrafı ilə “Kalyon” restoranında söhbəti zamanı da dilə gətirib ki, heç kimə etibar yoxdur. Günün birində istədikləri adamı həbs edə bilərlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info