Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibi olublar - FOTO

Azərbaycanlı tələbələr Özbəkistanda keçirilən XV Daşkənd Beynəlxalq Film Festivalının qalibi olublar.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbirə dünyanın 52 ölkəsindən, o cümlədən Azərbaycandan 500-dən çox kinematoqrafçı, tanınmış aktyorlar, rejissorlar, operatorlar, kino sahəsinin tanınmış simaları qatılıblar.

Mədəniyyət Nazirliyinin rəsmi nümayəndələrinin də iştirak etdikləri “İpək Yolunun mirvarisi” Daşkənd Beynəlxalq Film Festivalında “Beş günə film” qısametrajlı film beynəlxalq müsabiqəsi elan olunub.

Müsabiqədə Azərbaycanı Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, rejissor Şirin Əhmədli, operator Yusif Qasımlı təmsil ediblər.
Müsabiqənin şərtlərinə uyğun olaraq, beş gün ərzində “Yüz addım” qısametrajlı filmi çəkilib və birinci yerə layiq görülüb.

Müsabiqənin 3 000 dollar məbləğində əsas pul mükafatı gənc sənətçi-tələbələrə təqdim edilib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info