Lənkəran Şəhər 2 nömrəli uşaq musiqi məktəbində hesabat konserti keçirilib - FOTO

Lənkəran Şəhər Həqiqət Rzayeva adına 2nömrəli uşaq musiqi məktəbində 2022/2023cü tədris ilinin yekun hesabat konserti keçirilib.

Konsertdə məktəbin müəllim və şagirdlərin ifasında "Qəşəngdir"- Ələkbər Tağıyev, "Ritm vals" - Petrov, "Kalinka" - Rus xalq mahnısı, "Ay ışıq saçır" - Rus xalq mahnısı, "Sumqayıt" - Səid Rüstəmov, "Baharımsan" - Fikrət Əmirov, "Vals" - Satrov, "Kəndimiz" - Tofiq Quliyev, "Şəfəq Sökülərkən" - Üzeyir Hacıbəyov, "Annuşka" - Çex xalq mahnısı, "Pişik Leopoldun" - Sabelev, "Sənədə Qalmaz" - Tofiq Quliyev, "Küçələ Su Səpmişəm" - Xalq mahnısı, "Venqer rəqsi"-Brams, "Kalinka" - Rus xalq mahnıları ifa olunub.

Sonra Məktəbin məzunu, 3dəfə Respublika mahnı müsabiqəsinin qalibi Allahverən Pərvizoğlu çıxış edərək ona diqqət və qayğı göstərən məktəbin rəhbərliyinə və müəllim kollektivinə təşəkkürünü bildirib.

Yekun hesabat konsertinin sonunda xatirə şəkli çəkdirilib.




Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info