Qarabağın “Xətai” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib - FOTO

Azərbaycan Milli Xalça Muzeyində Qarabağa aid “Xətai” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib.

Bununla bağlı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, ənənəvi texnologiya şöbəsinin toxucuları Südabə Rüstəmova və Mirvari Cəfərova tərəfindən bir il müddətində toxunan xalça kolleksiyamızın ən dəyərli eksponatlarından birinin - XVII əsrə aid “Xətai” (Əjdahalı) xalçasının replikasıdır.

Uzun illər Avstriya və İtaliyada şəxsi kolleksiyalarda qorunan bu unikal xalça 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən alınaraq Milli Xalça Muzeyinə hədiyyə olunub.
Orta əsrlərdə ancaq Azərbaycanda, Qarabağ və Şirvan bölgələrində toxunan “Xətai” (Əjdahalı) xalçası Böyük İpək Yolu ilə xarici ölkələrə göndərilirdi. Mərkəzi hissəsində əjdaha, simurq (yəni feniks), ördək, həyat ağacı, fantastik məxluqlar və palmet təsvirləri olan bu tip xalçalar hazırda dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.





Ulutv.org
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info