Rövşən Eyyubovun dəyərinə dəyər qatan amilləri

Azərbaycan DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi Rövşən Eyyub oğlu Eyyubov polis polkovniki olaraq xidmət göstərməkdədir.

Rövşən Eyyubov uzun müddət bu orqanda çalışaraq peşəkar polis olmaqla yanaşı, Azərbaycan musiqi sahəsində də kifayət qədər böyük uğurlara imza atmış şəxslərdəndir.

R.Eyyubov 1993-1994-cü illərdə fəaliyyət göstərən "Gəncə” qrupunun üzvlərindən olub. O, həmin dövrün bir çox məşhur mahnılarının həm müəllifi, həm də ifaçısıdır.

Həmin mahnılardan ən məşhuru söz və musiqisi Rövşən Eyyubovun özünə aid olan "Mənə niyə baxmırsan” adlı musiqidir. Bundan başqa o, "İtkin gəlinim”, "İlahə”, "Ayrılmaram”, "Gəncəm”, "Yalan”, "Gəl dedim”, "Ümidimi qopardılar”, "Gəl dedim”, "Ayrılmaram səndən” adlı mahnıları ifa edib.

1992-1995-ci illərdə tanınmış estrada ulduzu olan R. Eyyubov həm də toylarda da ifa edirdi.

Sözügedən illərdə peşəkar musiqi ilə məşğul olan hazırki polis polkovniki daxili işlər orqanlarında işə düzəldikdən sonra, musiqi ilə həvəskar kimi məşğul olmağa başlayıb. O, indi də dost, qohum məclislərində ifa edir.

Rövşən Eyyubov musiqi sahəsində fəaliyyətini həvəskar kimi davam etdirsə də, bir neçə il əvvəl çəkilən "Kaş ki, səni sevməyəydim” musiqili serialın ssenari müəllifliyini və bəstəkarlığını edib.

Rövşən Eyyubov Azərbaycan Respublikası Prezidentinin təhlükəsizlik xidməti rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. O, DİN-nin su Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmamışdan qabaq Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin əməkdaşı olub.

Fərid Şərifəov
UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info