Filarmoniyada Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin konserti olub (FOTO/VİDEO)

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Bakı Kamera Orkestrinin konserti keçirilmişdir.

Gecədə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Respublikasının Xalq artisti Murad Adıgözəlzadə rəngarəng konsert proqramı ilə çıxış etmişlər.

Konsertdə İ.S.Baxın İki piano və orkestr üçün C-dur Konserti, Y.Haydnın Piano və orkestr üçün D-dur, op.21 №11 Konserti, V.Mustafazadənin Piano və orkestr üçün Konserti, S.Raxmaninovun İki piano və orkestr üçün op.17 №2 Süitası, (II.Vals, III.Romans, IV.Tarantella) dinləyicilərə təqdim olunmuşdur.

Konsertin birinci hissəsində Fərhad Bədəlbəyli bu dünyanı tərk etmiş yaxınlarına həsr etdiyi “Adajio” əsərini dirijorluq etmişdir.

Y.Haydnın Re Major konsertinin Azərbaycan Respublikasının Xalq Artisti Murad Adıgözəlzadə tərəfindən ifası və eyni zamanda azərbaycan fortepiano məktəbinin görkəmli nümayəndəsi Fərhad Bədəlbəylinin dirijor kimi tamaşaçılar qarşısında çıxış etməsi dinləyicilər üçün xoş sürpriz olmuşdur.

Gurultulu alqışlardan sonra Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə hər kəsin sevdiyi "Dəniz" əsərini ifa etmişlər.//trend//

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info