Komitə sədri Moldovadakı diasporumuzun rəhbəri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun Moldova Azərbaycanlıları Konqresinin (MAK) rəhbəri Elçin Bayramovla görüşü keçirilib.

Komitə sədri Moldovadakı soydaşlarımızın Azərbaycan həqiqətlərinin təbliğ olunması istiqamətindəki fəallığını, məlum hadisələr zamanı Ukraynadan soydaşlarımızın təxliyə olunması prosesində MAK-ın DİDK ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməsini yüksək qiymətləndirib. Konqresin fəaliyyətinin daha da genişləndirilməsinə dair tövsiyələrini nəzərə çatdırıb.

MAK sədri Komitənin çoxşaxəli fəaliyyət istiqamətlərinin Moldovadakı diasporumuz tərəfindən təqdir olunduğunu vurğulayıb. Ukraynadan soydaşlarımızın təxliyəsi zamanı göstərdiyi dəstəyə görə Komitəyə minnətdarlığını bildirib.

Görüş MAK-ın gələcək planlarına dair fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
---------------------------------------------------------------------------------------------------
Председатель комитета встретился с руководителем нашей диаспоры в Молдове

Состоялась встреча председателя Государственного комитета по работе с диаспорой Фуада Мурадова с председателем Конгресса азербайджанцев Молдовы (КАМ) Эльчином Байрамовым.

Председатель комитета высоко оценил активность наших соотечественников в Молдове в области пропаганды азербайджанских реалий, скоординированную с комитетом деятельность КАМ в процессе эвакуации наших земляков из Украины в ходе известных событий, дал рекомендации относительно дальнейшего расширения деятельности конгресса.

Председатель КАМ подчеркнул, что наша диаспора в Молдове одобряет различные направления деятельности комитета. Он выразил комитету признательность за поддержку, оказанную во время эвакуации наших соотечественников из Украины.

Встреча завершилась проведением обмена мнениями о дальнейших планах КАМ.

Ulutv.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info