Dünyaca məşhur azərbaycanlı professor Məsud Aşinaya “Diaspor fəaliyyətində xidmətinə görə” medalı təqdim olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İnsan Miqreni Araşdırmaları mərkəzinin rəhbəri, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü Məsud Aşinaya “Diaspor fəaliyyətində xidmətinə görə” Azərbaycan Respublikasının medalını təqdim edib.

Qeyd edək ki, Məsud Aşina 1965-ci ildə Azərbaycanda anadan olub. 1988-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2003-cü ildə Kopenhagen Universitetində nevroloq ixtisasına yiyələnib və doktorluq dissertasiyasını müdafiə edib.
Danimarka Baş Ağrısı Dərnəyinin prezidenti, Avropa Baş Ağrısı Federasiyasının baş katibi və 2019-2021-ci illərdə Beynəlxalq Baş Ağrısı Assosiasiyasının prezidenti olub. Hal-hazırda İnsan Miqren Araşdırmaları Mərkəzinin Direktoru vəzifəsində çalışır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan “YAŞAT” Fondunun Himayəçilik Şurasında təmsil olunur.
Məsud Aşina “Ən yaxşı elmi təqdimat” üzrə “Moqens Foq” mükafatı, Nevrologiyada elmi nailiyyətləri üçün Roşe mükafatı, Qlakso Smit Klayn tədqiqat mükafatı, Monrad-Krohns mükafatı və TÜBA – Beynəlxalq Akademiya Mükafatı ilə təltif olunub.
Ötən il azərbaycanlı tibb professoru Məsud Aşina baş ağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib.
“Miqrenin patofiziologiyası” kitabının, beynəlxalq tibbi nəşrlərdə baş ağrıları və miqrenlə əlaqədar dərc edilmiş 400-dən çox məqalənin müəllifidir. PubMed-də (1997-2017) tam olaraq 158 qeydiyyatdan keçmiş yazısı var.
________________________________________________________________

Всемирно известному азербайджанскому профессору Масуду Ашине вручена медаль “За заслуги в диаспорской деятельности”

Председатель Государственного комитета по работе с диаспорой Фуад Мурадов вручил руководителю Центра исследований мигрени у человека, профессору Копенгагенского университета по неврологии, члену Попечительского совета Фонда "YAŞAT" Масуду Ашине медаль Азербайджанской Республики “За заслуги в диаспорской деятельности”.
Отметим, что Масуд Ашина родился в 1965 году в Азербайджане. В 1988 году окончил Азербайджанский медицинский университет. В 2003 году получил специальность невролога в Копенгагенском университете и защитил докторскую диссертацию.
Президент Общества головной боли Дании, генеральный секретарь Европейской федерации головной боли, в 2019-2021 годах являлся президентом Международной ассоциации головной боли. В настоящее время работает в должности директора Центра исследований мигрени у человека.
Представлен в Попечительском совете Фонда "YAŞAT", созданного Указом Президента Азербайджанской Республики Ильхама Алиева.
M.Aшина удостоен премии “Moqens Foq” за лучшую научную презентацию, премии Роше за научные достижения в неврологии, премии за исследование "ГлаксоСмитКлайн", премии Monrad-Krohns и Международной академической премии TÜBA.
В минувшем году азербайджанский профессор по медицине Масуд Ашина был избран самым продуктивным ученым мира в области головных болей.
Автор книги “Патофизиология мигрени”, более 400 статей о головных болях и мигрени, опубликованных в международных медицинских изданиях. В PubMed (1997-2017) у него 158 полностью зарегистрированных материалов.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info