İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin anım mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə keçirilən anım mərasiminə əklil göndəriblər.

Ulutv.info-nun report-a istinadən xəbərinə görə, anım mərasimi Fəxri Xiyabanda Xalq artistinin məzarı önündə keçirilib.

Əklil mərhumun məzarı önünə qoyulub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info