Ağcaqanad sayəsində oğrular rahatlıqla tutuldu

Çində dörd mənzili qarət edən cinayətkar ölü ağcaqanad sayəsində yaxalanıb.

Ulutv.info milli.az-a istinadən bildirir ki, bu barədə "Global Times" məlumat yayıb.

Polis Fujian əyalətinin Fuçjou şəhərində oğurluq hadisəsini araşdırarkən oğrunun izinə düşüb. Yaşayış komplekslərindən birində oğurlanmış mənzillərə baxış keçirən müstəntiqlər belə qənaətə gəliblər ki, cinayətkar gecəni orada qalıb. Mənzildə əriştə qalıqları, yumurta qabıqları və ağcaqanadlara qarşı işlənmiş vasitə aşkar edilib. Bundan əlavə, divarda əzilmiş ağcaqanad tapılıb ki, bu da oğurluğun açılmasına kömək edib.

Öldürülən ağcaqanaddan sonra qalan qan nümunələrini topladıqdan sonra polis onları əvvəllər məhkum olunmuş Çai adlı kişiyə işarə edən DNT testi keçirib. 19 gündən sonra oğru tapılaraq yaxalanıb. Sonrakı araşdırmalar zamanı eyni cinayəti törədən şəxs tərəfindən daha üç oğurluq faktı aşkar edilib.


Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info