Ağrıları aradan qaldıran nanə cövhəri

İranın Kaşan Tibb Elmləri Universitetinin alimləri nanə cövhəri (nanə yağı) ürək əməliyyatından sonra ağrıları azalda və xəstələrin yuxu keyfiyyətini yaxşılaşdıra biləcəyini müəyyən ediblər.

Ürək cərrahiyyəsi döş sümüyünün kəsilməsini və sonradan mexaniki tənəffüs dəstəyini tələb edən böyük bir prosedurdur. Bu iki amil güclü ağrı, stress və yuxusuzluq riski ilə əlaqələndirilir.

Effektiv ağrıkəsici xəstələrin daha tez sağalmasına imkan verir və əməliyyatdan sonrakı ağırlaşmaların riskini azaldır. Amma ağrıkəsicilərin uzun müddət istifadəsi də arzuolunmazdır. Tədqiqatçılar ağrıları yüngülləşdirən və ciddi yan təsirləri olmayan bir dərman tapmaq üçün ürək əməliyyatı keçirmiş 64 insan arasında təcrübə aparıblar.

İştirakçılar iki qrupa bölünüblər. Birinci qrupa nanə cövhəri ilə aromaterapiya təyin edilib. Onların tənəffüs sisteminə 0,1 ml 10% yağ yeridilib. Xəstələr həmçinin inhalyatorlar vasitəsilə efir yağı ilə nəfəs alıblar. İkinci qrupdan olan xəstələrin müalicəsini simulyasiya etmək üçün adi sudan istifadə edilib.

Hər iki qrup cins, yaş və çəki, əməliyyatın növü, ümumi anesteziya altında qalma müddəti və ağrıların aradan qaldırılması dərəcəsi baxımından oxşar olub.
İki gündən sonra iştirakçılarda ağrının intensivliyi qiymətləndirilib. Ağrı şiddəti aromaterapiya qrupunda 3,22 bal, digər qrupda isə 4,56 bal olub.

Tədqiqatçılar bu yağın tərkibində olan karvon, limonen və mentol kimi komponentlərin ağrıkəsici və sakitləşdirici təsirə malik olduğunu qeyd ediblər. Həmçinin bildiriblər ki, aromaterapiya yuxu keyfiyyətinin yaxşılaşmasına da səbəb olur.
(Mənbə: Rambler)
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info