İsti havalarda bu qidalardan UZAQ DURUN! - Ekspertdən XƏBƏRDARLIQ

Son günlər ölkə ərazisində yüksək hava temperaturunun olması ilə bağlı insanlara bir sıra istiqamətlərdə xəbərdarlıqlar edilir.
Bu xəbərdarlıqlar daha çox günəş şüalarından qorunma, geyim tərzi və qidalanma ilə bağlıdır.Xüsusilə də mütəxəssislər isti havalarda "fast food" adlandırılan yeməklərdən çəkinməyi tövsiyə edir.
Ulutv.info xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Məhsəti Hüseynova yay aylarında bu cür yeməklərin qəbulunun daha riskli oldğunu qeyd edib:
“Yay fəslində "fast-food”, mənşəyi bilinməyən, hansı şəraitdə saxlanıldığı bəlli olmayan məhsullar daha çox risk faktoru daşıyır. Bu məhsullar düzgün şəkildə saxlanılmadıqda isə tez xarab olur, tərkibində bakteriyalar sürətlə çoxalır. Bu da öz növbəsində insan orqanizmində bəzi problemlərin yaranmasına yol açır. Bu problemlərə həzm sisteminin, bağırsaqların funksiyasının pozulmasını nümunə göstərmək olar.
Yay aylarında digər problemlərdən biri də maddələr mübadiləsinin aşağı düşməsi, zəifləməsi ilə bağlıdır. Eyni zamanda bu dövr həzm prosesi nisbətən daha zəif getdiyi üçün yüngül qidalanma rejimi mütləqdir. Əsas qaydalardan biri qida porsiyamızın azaldılmasıdır. Məsələn, gündə 2-3 dəfə qidalananlar yemək miqdarını azaldıb gündə 3-4 dəfə qidalansalar, daha yaxşı olar".

Mütəxəssis yay fəslində qida rasionumuzda yer almalı olan qidalardan da söz açıb:

“Eyni zamanda mütləq şəkildə qida rasionumuzda süd və süd məhsulları yer almalıdır. Bundan başqa, daha asan həzm olunan meyvə-tərəvəz, göyərti istehlakına da diqqət yetirməliyik. Həddindən artıq yağlı, qızardılmış yeməkləri yay aylarında qida rasionundan çıxartmaq lazımdır. Günlük maye miqdarı yetəri qədər qəbul edilməlidir ki, bu da istədiyimiz yeməyin həzm olunması, bioloji funksiyaların həyata keçməsi üçün vacibdir. Suyun hər orqanizmə görə qəbul dərəcəsi fərqlidir. Bir kiloqram bədən dərəcəsinə görə suyun miqdarı 30-35 ml qəbul olunur. Daha çox fiziki iş görən, tərləməyə məruz qalan şəxslər bu miqdarı artıra da bilərlər".

Müsahibimiz yayda qida zəhərlənməsi məsələsinə toxunub:

"Yaxşı olar ki, rasionumuzda mövsümi meyvə-tərəvəzlər yer alsın, mayonezli, souzlu qidalardan uzaq duraq. Bəzən bu məhsullar həzm olunmadan ağciyərin piylənməsinə və qanda şəkərin miqdarının artmasına səbəb olur. Yay aylarında qida zəhərlənməsi də məhz bu məhsullarda daha çox olur”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info