Bu bitkilərin qoxusu yaddaşı gücləndirir

Lavanda, evkalipt və ya rozmarinin qoxusu yaddaşınızı gücləndirməyə kömək edə bilər.

Ulutv.info xəbər verir ki, ABŞ-ın Kaliforniya Universitetində 43 nəfərin iştirakı kiçik bir araşdırma aparılıb. Araşdırmada bildirilir ki, xoş qoxuların qoxulanması beyni yaddaş itkisindən qoruyur. Belə ki, altı ay ərzində gecə qoxuya məruz qalan 60-85 yaş arası könüllülər yaddaş testində daha yaxşı nəticə göstəriblər. Onlar eyni qoxuya məruz qalmayan könüllülərlə müqayisədə yaddaşlarını 226 faiz yaxşılaşdırıblar.

"Frontiers in Neuroscience" jurnalında dərc edilən araşdırmanın tədqiqatçıları, tapıntının qoxu və yaddaş arasında çoxdan məlum olan əlaqəni yaddaşı gücləndirmək və demensiyadan potensial olaraq qorumaq üçün asan bir texnikaya çevirdiyini bildiriblər.

O cümlədən, orta dərəcəli demanslı insanlara gündə iki dəfə 40-a qədər müxtəlif qoxu vermək onların yaddaş və dil bacarıqlarını yaxşılaşdırdığına və depressiyanı yüngülləşdirə bilər.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info