Evdə yandırdığınız ağcaqanad dərmanları uşaqların beyninə təsir edir

Evdə çox istifadə edilən həşərat, ağcaqanad öldürən dərmanlar uşaqlarda diqqət pozğunluğu və hiperaktivlik yarada bilər.


Ulutv.info medicina.az-a istinadən bildirir ki, ABŞ xəstəxanalarında çalışan həkimlər bu dərmanlarda maddələrin piretroid yaratdığını deyib.

8-15 yaşındakı 687 uşaq arasında təsadüfi seçilən iştirakçılardan sidik analizləri götürən alimlər sidiyində piretroidə rast gəlinən oğlan uşaqlarında diqqət pozğunluğu və hiperaktivliyin 3 dəfə artıq olduğunu qeyd edib.

Qız uşaqlarının isə bu birləşmədən oğlanlar qədər təsirlənmədiyi məlum olub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info