Notbukları xarab edən mahnının adı açıqlandı

Microsoft"un rəsmi bloqunda notbukları sözün əsl mənasında "öldürən" mahnıdan bəhs edilib. Bu hadisə "Windows XP" dövründə yaşanıb.

Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, nəhnəg istehsalçılardan biri tanınmış amerikalı müğənni Canet Ceksonun "Rhythm Nation" klipinin kompüterdə işə salınandan sonra onların sıradan çıxdığını və sərt disklərinin xarab olduğunu müəyyən edib. Özü də təkcə klipin işə salındığı cihaz deyil, müəssisədə yerləşən digər notbuklar da sıradan çıxıb.

Sonradan məlum olub ki, buna səbəb mahnının səs tezlikləri olub. Onun tezliyi 5400 dövr/dəqiqə sürətli sərt disklərin bəzi modelləri ilə rezonansa girirdi.

Səbəb tapıldıqdan sonra istehsalçı şirkət bu problemi həll etməyin yolunu tapır. Belə ki, audikodekə arzuolunmaz tezlikləri "silən" xüsusi filtr əlavə edilir.

Qeyd edək ki, "Rhythm Nation" treki Canet Ceksonun "Janet Jaksons Rhythm Nation 1814" studiya albomundandır. Dominik Senanın rejissoru olduğu musiqili videonun premyerası 1989-cu ildə olub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info