Qadın soyunaraq “Allahu Əkbər!” dedi: Təyyarə təcili eniş etdi

Kiprdən Böyük Britaniyaya uçan Jet2 təyyarəsində sərnişin uçuş zamanı üst geyimini soyunub.

Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, qadın alt paltarında salonda qaçaraq "Allahu Əkbər!" qışqırıb və təyyarədə partlayıcı olduğunu bildirib.

O, pilot kabinəsinə girməyə çalışsa da, digər sərnişin onu yerə yıxaraq saxlayıb.

Hadisə ilə əlaqədar təyyarə Parisə təcili eniş etməli olub.

Qadın düşürüldükdən sonra təyyarə təyinat yerinə uçub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info