Dənizdən çıxan çöl donuzu çimərliyə gələnləri qorxutdu

İspaniyanın Malaqa şəhərindəki Benaharafe çimərliyində çöl donuzu dənizdən sahilə çıxaraq insanları qorxudub.

Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, heyvanın təxminən üç yaşında olduğu və sərinləmək üçün suya girdiyi güman edilir.

Vəhşi təbiəti mühafizə edənlər və polis heyvanın axtarışına çıxıb. Onlar insanları qabanla görüşərkən sakit olmağa və öz təhlükəsizlikləri üçün onu incitməməyə çağırıblar. Bu heyvanlar nadir hallarda insanlara hücum etsə də, onların çox iti dişləri var.

Mütəxəssislərin fikrincə, vəhşi donuz yaxın iki gündə yüksək temperaturdan və quraqlıqdan xilas olmaq üçün sahilə qayıda bilər.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info