Çips və kolbasa sevənlərə bəd xəbər

Çin alimləri kolbasa və çips çox yeyənləri məyus edəcək açıqlama verib.

Ulutv.info bakupost-a istinadən xəbər verir ki, onlar bu qidaların yaddaşda problem yaratdığını sübut ediblər.

Xüsusən çox yağlı, qızartma fri, çips və kolbasa intelektual vərdişləri azaldır.
Tyançzin universitetinin nevroloqları 72 min insanı əhatə edən elmi təhlil aparıblar.

Tədqiqat zamanı onlar demensiyadan əziyyət çəkmirdi.

Araşdırma 10 il davam edib.

Bu illər ərzində 518 iştirakçıdan yüngül və ya ağır demensiya aşkarlanıb.

10 il ərzində bütün iştirakçılar 3 dəfə gün, həftə ərzində nə yeyib içdiklərinin hesabatını veriblər.

Alimlər hər bir kəsin gündəlik rasionunda nə qədər ultra termiki işlənmiş qida olduğunu hesablayıblar.

Qida seçiminə görə onlar insanları 4 qrupa bölüblər.

Məlum olub ki, gün ərzində süd məhsulları, şirniyyat, çips, kolbasa və müxrtəlif içki qəbul edənlərdə demensiya xəstəliyi yaranır.
Bu qidalar günlük yeməyin 28%-ni təşkil edib.

Təsəvvür edin ki, elə insanlar var ki, gündəlik qidalarının 50%-i belə qidalar, fast-food, yağlı, qızarmış işlənmiş qidalardır.
Rasionunda kolbasa, çips olanlarda demensiya riski 25% artır.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info