Xoruzu məhkəməyə verdilər

Almaniyada xoruz çox banladığı üçün cinayət məsuliyyətinə cəlb edilib.

Ulutv.info oxu.az-a istinadən xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətinin Bad Zalsuflen şəhərində yaşayan Fridrix Vilhelm və həyat yoldaşı Cutta, qonşuları Mayklın xoruzunun səhər saat 08:00-dan başlayaraq gündə 200 dəfə banladığını bildiriblər. Bu, qonşulara "işgəncə" kimi görünüb və onlar xoruzdan məhkəməyə şikayət ediblər.

76 yaşlı cütlük Maqda adlı xoruzun evdən çıxarılmasını istədiklərini bildiriblər. Yaşlı cütlük məhkəməyə sübut təqdim etmək üçün xoruzun hər banlamasını qeydə alıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info