Təyyarədə sınan pəncərə hamını qorxutdu - VİDEO

Təyyarənin sərnişini pəncərədə dəlik görüb, onu lentə alıb və İnstaqram hesabında yerləşdirib.

Ulutv.info milli.az-a istinadən bildirir ki, on minlərlə baxış toplayan video "The Sun"ın diqqətini çəkib.

Kadrlarda turist Mia Karuba sınmış şüşənin yanında oturduğu və qorxduğu görünür. Həmçinin, qız vaxtaşırı əli ilə ağzını bağlayır.

Lakin uçuş normal keçib, təyyarə havaya qalxıb və eniş edib. Materialın müəllifləri izah ediblər ki, turisti heç nə təhdid etmir, çünki laynerlərin əksəriyyətinin illüminatorunda bir neçə şüşə var və yalnız daxili şüşə sındırılıb.

Lakin laynerin pəncərəsindəki dəliyin şəkli bir çox internet istifadəçisini qorxuya salıb. Şərhlərdə "Mənim üçün bu, əsl kabusdur", "İndi məndə yeni bir qorxu var" yazıblar.


Eyni zamanda, təyyarəyə heç bir təhlükə olmadığını bilən şərhçilər də var idi. "Bu, sadəcə kosmetik plastik parçasıdır, pəncərənin möhürlənmiş hissəsi deyil", "Bir çox insanlar plastik hissəyə söykəndiyi üçün o, çatladı", "Yalnız təhlükə odur ki, sərnişin özünü plastiklə kəsə bilər, bu, uçuşun təhlükəsizliyini təhdid etmir", - internet istifadəçiləri reaksiya verib.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info