Siam əkizləri cərrahi müdaxilə ilə ayrıldı

Braziliyada 3 yaşlı siam əkizləri nəhayət ayrılıb.

Ulutv.info lent.az-a istinadən xəbər verir ki, Braziliyada cərrahlar başlarindan bitişik olan əkizləri 27 saatlıq əməliyyatdan sonra ayırmağa müvəffəq olublar.
Bu, çox nadir rast gəlinən anomaliyadır və təxminən 60.000 doğuşdan birində baş verir. Dünyada çox az rast gəlinən bu hallar zamanı körpələr adətən doğuş zamanı ölürlər.

Ayrılmaq üçün əkizlər 7 əməliyyat keçiriblər. Sonuncu əməliyyat 27 saat çəkib. Hazırda əkizlər sağlamdır və həyatlarına normal körpələr kimi davam edirlər.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info